Gerb

25 aprel 2015, 13:20

Hörmətli cənab Prezident!

Sizin misilsiz xidmətləriniz sayəsində müasir Azərbaycanımızın dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə yüksəlməsi bütün ölkə vətəndaşları kimi biz tibb işçilərinin də qəlbində qürur və iftixar hissi yaradır. Sizin ölkə daxilində və xaricində həyata keçirdiyiniz möhtəşəm tədbirləri, o cümlədən Pirallahı rayonunda görülən quruculuq işlərini ürəkdən bəyənir və dəstəkləyirik.

Xüsusilə bu ilin iyun ayının 12-dən 28-dək Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunları münasibətilə Sizə təşəkkürümüzü bildiririk. Bu günlərdə reallaşan test yarışları Avropa Oyunlarının yüksək peşəkarlıqla təşkil edilməsindən və uğurla keçiriləcəyindən xəbər verir. Biz Pirallahılılar da bu mötəbər yarışların yüksək səviyyədə keçirilməsi üçün var qüvvəmizi səfərbər edəcəyik.

Möhtərəm Prezident, xalqımız üçün yorulmadan gördüyünüz işlərə, həyata keçirdiyiniz islahatlara, ölkəmizin mədəniyyətinin və inkişafının dünyaya daha yaxından tanıdılmasına görə Sizə ürəkdən minnətdarıq.

Hörmətlə,

Mustafayeva Kəmalə Cavad qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.