Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah
arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 aprel 2015-ci il.