27 aprel 2015, 14:10

İlyas Mustafayevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident!

Yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasının qeydiyyata alınması ilə əlaqədar müraciətimin müsbət həll edilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu xalqa Sizin kimi vətənpərvər övlad və qayğıkeş Prezident bəxş etdiyi üçün Allah ümummilli liderimiz Heydər Əliyevə və Zərifə xanım Əliyevaya qəni-qəni rəhmət eləsin.

Bütün valideynlərə və Sizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Mustafayev İlyas David oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.