Rövşən Qasımovdan, Xızı, Azərbaycan
27 aprel 2015, 16:30
Hörmətli cənab Prezident!
Bu gün ölkəmiz üçün əlamətdar olan “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin yandırılması mərasiminin ən yüksək səviyyədə təşkil olunması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ölkəmiz, dövlətimiz və xalqımız naminə fəaliyyətinizdə Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzulayıram. Uca Tanrı hər zaman köməyiniz olsun!
Tam səmimiyyətlə bildirirəm ki, ölkəmizdə belə mötəbər idman tədbirin keçirilməsi Sizin sayənizdə baş tutmuşdur. İnanıram ki, gələcəkdə Sizin sayəsində daha möhtəşəm tədbirlərin keçirilməsinin şahidi olacağıq. Allah bütün işlərinizdə yardımçınız olsun!
Hörmətlə,
Qasımov Rövşən İsmayıl oğlu.
Azərbaycan Respublikası, Xızı rayonu, Sitalçay kəndi.