27 aprel 2015, 17:00

Azər Fərəməzovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu gün Azərbaycanın bütün rayonları kimi, Astara rayonu da gündən-günə gözəlləşir, inkişaf edir.

Sizin Astaraya hər səfəriniz yeni obyektlərin, məktəblərin, yolların açılışına səbəb olur. Bu il aprelin 11-də Astarada uzunluğu 21 kilometr olan Deqədi-Pəlikəş yolunun açılışı biz rayon sakinlərini çox sevindirdi. SSRİ kimi nəhəng dövlətin Pəlikəş kəndinə çəkə bilmədiyi yolu məhz ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi məhz Siz açdınız. Vaxtilə bu yolun asfaltlanması xəyal idi. Traktorun belə keçə bilmədiyi yolda indi minik avtomobillərinin rahat hərəkəti təmin edilib.

Hörmətli cənab Prezident, Siz xalqımız üçün görüləsi mümkün olmayan işlər həyata keçirirsiniz. Bu yaxınlarda Astaranın ucqar kəndinə - Toradiyə 25 kilometrlik asfalt yolun çəkilməsi ilə bağlı Sərəncamınız sevincimizə daha bir sevinc qatdı.

Möhtərəm Prezident, Astara şəhərinin dəniz sahilində yerləşdiyi hər kəsə məlumdur. Dünya şöhrətli Bakıda bulvarını hamı tanıyır. Amma Astarada qısa müddətdə belə gözəl, müasir bulvarın yaradılacağı ağlımıza da gəlməzdi. Xalqına bu qədər yaxın olan rəhbərə Allah da yaxın olur. Tanrı Sizi qorusun.

Dərin hörmətlə,

Fərəməzov Azər Surətulla oğlu, müəllim.

Azərbaycan Respublikası, Astara rayonu, Təngərüd kəndi.