Gerb

28 aprel 2015, 17:54
W1siziisijiwmtuvmdyvmtuvodczntvzn2xpcl80mdy0oc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=b3fd95bf3e106beb

Prezident İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğu bildirildi, əməkdaşlığımızın genişləndirilməsində qarşılıqlı marağın olduğu qeyd edildi, Belçika şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinin önəmi vurğulandı, Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirildi.

Söhbət zamanı qeyri-neft sektoru, mədəniyyət, viza verilməsinin sadələşdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Böyük ölçüdə