Gerb

26 yanvar 2011, 22:35
3744

Prezident İlham Əliyev Davosda “Huawei Technologies” Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşmüşdür.

“Huawei Technologies” Korporasiyasının sədri xanım Sun Yafanq rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirdi. 

Qeyd etdi ki, bu şirkət hazırda Azərbaycan ilə müəyyən sahələrdə fəal əməkdaşlıq qurmuşdur. O, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində “Huawei Technologies” Korporasiyasının Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Dövlət başçısı şirkətin Azərbaycan ilə fəal işləməsindən və sonuncu “Bakutel” sərgisində də iştirak etməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev “Huawei Technologies” Korporasiyasının Azərbaycanda fəaliyyətini genişləndirəcəyinə ümidvar olduğunu bildirdi.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR