Gerb

28 yanvar 2011, 16:00

Hörmətli Prezident!

Mən İqtisad Universitetində təhsilini yarımçıq qoyub Qarabağ müharibəsinə gedən və 1993-cü ildə şəhid olan Rəcəbov Şamilin atasıyam. Oğlumun igidliyi, necə fədakar insan olmağı onu tanıyan hər kəsə bəllidir. Şamil kimi qeyrətli bir oğulun yoxluğu nə qədər ağır olsa da, mən onun əziz xatirəsini hər zaman uca tutur və bəyan edirəm ki, Vətən yolunda özüm də savaşmağa hazıram.

Hörmətli Prezident!

Bütün şəhid ailələrinin dərdi eyni olduğu kimi, təsəlliləri də eynidir. Sizin bu yaxınlarda şəhid ailələrinə dair imzaladığınız Sərəncam bizim ürəyimizə su səpdi və təsəlli oldu. Məsələ təkcə 50 manatın artırılıb 75 manat olmasında deyil, ondadır ki, Prezident bizi düşünür.

Bu qayğı üçün ailəmiz adından Sizə səmimi təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Rəcəbov Kamil Musa oğlu
Bakı, Azərbaycan, Yeni Yasamal-1, ev 4, mənzil 97.