14 may 2015, 12:10

İsmayıl Bünyatov, Mütalib Sədirov və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz - İsmayıllı şəhəri, İsrayıl Həsənov küçəsində yaşayan sakinlər Sizə dərin minnnətdarlığımızı, səmimi hörmətimizi və ehtiramımızı bildiririk. Çünki Siz hər bir Azərbaycan vətəndaşının rahat, firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Hər yerə qaz kəmərləri, içməli su xətləri çəkilir, enerji təchizatı yaxşılaşır, müasir məktəblər, sağlamlıq ocaqları, idman kompleksləri tikilir, asfalt yollar salınır. Əvvəllər İsmayıllı üçün problem olaraq qalan bu məsələlər Sizin diqqət və qayğınız sayəsində uğurla həll olunur.

Vaxtilə diqqətdən kənarda qalan, asfaltlaşmayan küçəmiz bu gün başdan-başa abadlaşır, müasirləşir, yolumuza asfalt döşənir.

Bu, bizi sevindirir. Sevinirik ki, Sizin kimi rəhbərimiz, Azərbaycan kimi ölkəmiz, İsmayıllı kimi rayonumuz var. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və Qarabağ müharibəsində Qələbəmiz naminə Allah Sizi var eləsin!

Hörmətlə,

İsmayıllı şəhəri, İsrayıl Həsənov küçəsində yaşayan sakinlər adından

İsmayıl Bünyatov,
Mütalib Sədirov,
Gülsurə Şəfaqətova,
Xalidə Qəniyeva,
Vüqar Mustafayev,
Həsən Zülfiyev.

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.