|
28 yanvar 2011, 16:50
İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur
Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur. Siz bu xoşməramlı ənənələri davam etdirirsiniz. Biz çox şadıq ki, bütün 2010-cu il ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsinin fəal artımı qeydə alınmış, yeni fəaliyyət növləri yaranmış, yanacaq-sürtkü materialları, neft ticarəti xeyli fəallaşmışdır və bu gün nazirlərimiz bizim strateji müqaviləni daha mənalı edən növbəti saziş hazırlamışlar. Bilirəm ki, bu fəallıq çox cəhətdən Sizin şəxsi iştirakınızla əlaqədardır. Bunu demək mənə çox xoşdur ki, əlbəttə, 2011-ci ilin əvvəlindən danışsaq, biz növbəti addım atırıq və ticarət münasibətlərinin, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə fəal səylərimizi davam etdirməliyik. Buna görə də məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz birinci addımı birlikdə hazırlamışıq. Mən bu il Sizinlə razılaşdığımız kimi, həm Sizin üçün, həm də mənim üçün münasib vaxtda Azərbaycana səfər etməyi planlaşdırıram ki, dost siyasi, strateji dialoqu artıq Azərbaycan ərazisində davam etdirə bilək. Bu gün burada – bir sıra ölkələrin liderləri, hökumət rəhbərləri, siyasətçilər, işgüzar dairələrin nümayəndələrinin toplaşdığı Davosda təklif edirəm ki, nazirlərimiz bizim iştirakımızla ölkələrimiz arasında çox mühüm olan bu sənədləri imzalasınlar. X X X
Görüşdən sonra Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin iştirakı ilə Azərbaycan və Ukrayna arasında iki sənəd imzalanmışdır. ![]() 28 yanvar 2011, 16:40
İlham Əliyev Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür
more...
28 yanvar 2011, 17:53
İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ilə görüşmüşdür
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.