18 may 2015, 15:30

Elçin Həşimov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2015-ci il 6 may tarixli Sərəncamınızda adımızın olması bizi çox sevindirdi. Sizi əmin edirik ki, səhnə fəaliyyətini yorulmadan sürdürəcək, milli musiqimizi, mədəniyyətimizi hər zaman layiqincə tərənnüm edəcəyik.

Əziz Prezidentimiz, bizi Prezident mükafatına layiq gördüyünüz üçün Sizə təşəkkür edirik. Ömrünüz uzun olsun!

Hörmətlə,

Həşimov Elçin Ləzgi oğlu
Əməkdar Artist,
Əhmədov Elnur Oruc oğlu
Əməkdar Artist,
Şəfiyeva Gülçöhrə Məmməd qızı
Heydər Əliyev Sarayının baş rejissoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.