Ələkbər Əliyevdən, Sumqayıt, Azərbaycan
Text size
18 may 2015, 15:35
Hörmətli cənab Prezident,
Sizin sayənizdə Azərbaycan mədəniyyəti, incəsənəti uğurla təbliğ olunur, ölkəmiz haqqında dünyada müsbət imic formalaşdırılır. İncəsənət xadimlərinin mükafatlandırılması ilə bağlı imzaladığınız 2015-ci il 6 may tarixli Sərəncamınız məni və ailəmi sevindirdi.
Əziz Prezidentimiz, ailəm adından Sizə minnətdarlığımı bildirirəm. Uca Tanrıdan Sizə, Mehriban xanım Əliyevaya və ailənizə cansağlığı arzulayıram.
Hörmətlə,
Əliyev Ələkbər Həsən oğlu
Əməkdar Artist
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.