Quliyev Rafiq və başqalarından, Gədəbəy, Azərbaycan
19 may 2015, 12:00
Hörmətli cənab Prezident,
Biz doğma rayonumuzun- Gədəbəyin bu gününü və parlaq gələcəyini Sizin rəhbərliyiniz altında görürük. Rayonumuzun abadlaşdırılması, yolların asfaltlanması, su və kanal sisteminin qurulması, şəhər mərkəzində yeni parkın salınması və digər çoxsaylı işlər bizdə haqlı qürur hissi oyadır. Xalqını sevən, onun qeydinə qalan və hər zaman yolunda əzab-əziyyətə sinə gərən Prezidentimizlə fəxr edirik.
Bu işlərin icrasına görə Sizə öz dərin təşəkkürümüzü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Quliyev Rafiq Hünbət oğlu,
İsmayılov Etibar Əkbər oğlu,
Ələkbərov Vahid Novruz oğlu,
İsayev Valeh Eldar oğlu və başqaları - cəmi 17 nəfər.
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi.