19 may 2015, 13:00

Xanlar Həşimzadə və Mirbala Səlimlidən, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yaradıcı insanlara verdiyiniz qiymətə və göstərdiyiniz qayğıya, həmçinin Şəki Dövlət Dram Teatrının aktyorları olaraq bizi Prezident mükafatına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu diqqəti sənət uğurlarımızla layiqincə doğrultmağa çalışacağıq.

Sizə işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Həşimzadə Xanlar Allahverdi oğlu,
Səlimli Mirbala Seyidəsgər oğlu

Azərbaycan Respublikası, Şəki şəhəri.