Gerb

29 yanvar 2011, 12:37

Möhtərəm Prezident!

Dünyanın bütün informasiya kanalları SSRİ rəhbərliyindən uzaqlaşdırılaraq ömrünün çox ağır və təhlükəli günlərini yaşayan xalqın böyük oğlu Heydər Əliyevin 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı bəyanatını yaymağa başladı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli lider Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim oldu. Xalqın arzu və tələbi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin baş vermə səbəblərini və günahkarların araşdırılması ilə də məşğul oldu. 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi.

Müasir Azərbaycanın memarı ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə və əlillərə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri və əlillərlə görüşür, bizim qayğılarımızla maraqlanırdı. Ümummilli liderin imzaladığı fərman və sərəncamlar bizim həyat səviyyəmizin kifayət qədər yüksəlməsinə səbəb olmuşdur.

Cənab Prezident!

Siz 1990-cı ilin yanvarında şəhid olanların xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələri və əlil olanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra mühüm qərarlar imzalamısınız. Sizin 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” və 2011-ci il 19 yanvar tarixli “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanlarınız cəmiyyətimizin bütün üzvləri tərəfindən minnətdarlıqla qarşılanmış və sevincimizə səbəb olmuşdur.

Möhtərəm Prezident!

“20 Yanvar” Cəmiyyəti olaraq cəmiyyətimizin üzvləri olan 20 Yanvar şəhid ailələri və əlillər adından bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ürəkdən təşəkkür edirik. Sizə və ailə üzvlərinizə Allahdan cansağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Biz sizinləyik.

Böyük hörmət və ehtiramla,

S.Əzimzadə
“20 Yanvar” cəmiyyətinin sədri

Azərbaycan, Bakı 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR