Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovdan

Text size Plus Minus

27 may 2010, 18:39

Hörmətli İlham Heydər oğlu!

İcazə verin Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edim. Sizin rəhbərliyiniz altında həyata keçirilən, hərtərəfli düşünülmüş quruculuq siyasətinin uğurları barədə Özbəkistanda yaxşı bilirlər. Bu siyasət sayəsində Azərbaycan həqiqətən genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin ardıcıl həyata keçirilməsi və beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsi yolu ilə inamla irəliləyir.

İnanıram ki, Özbəkistan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bizim yaxın xalqlarımızın mənafeyi naminə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

İslam Kərimov

Özbəkistan Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi