Gerb

31 yanvar 2011, 12:00

Möhtərəm Prezident!

Bu gün cəsarətlə deyə bilərik ki, tarixin ən çətin və məsuliyyətli dövrlərində xalqımızın və dövlətimizin taleyi qüdrətli şəxsiyyətlərə həvalə olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyev doğma vətənimizi parçalanma və məhvolma təhlükəsindən xilas edərək müstəqil Azərbaycan dövlətçiliyini bərpa etmişdir. Ulu öndərimizin Azərbaycan xalqının uğurlu gələcəyi ilə bağlı ölməz ideyalarını davam etdirmək isə Sizə nəsib olmuşdur. Bu gün bu siyasətin bəhrəsini xalqımız görür və hələ uzun illər də görəcəkdir.

Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində Azərbaycan uğurlu inkişaf yolu ilə inamla irəliləyir. Bütün sahələrdə böyük nailiyyətlər qazanırıq. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə qayğı daim diqqət mərkəzindədir. Pensiya və müavinətlərimizin artırılması, pulsuz maşın və mənzillə təmin olunmağımız bu diqqət və qayğının əyani təzahürüdür. 2010-cu ildə Zərdab rayonunda 14 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin tikilməsi bir daha dediklərimizi əyani sübut edir.

Son illər rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri də bizi hədsiz sevindirir. Biz Sizə inanır, Sizə arxalanır və Sizi müdafiə edirik. İnanırıq ki, Sizin diplomatik səyiniz nəticəsində hamımız üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çox yaxın zamanlarda sülh yolu ilə öz müsbət həllini tapacaqdır. Əks təqdirdə biz Ali Baş Komandanın - Sizin əmrinizlə torpaqlarımızı işğaldan azad etməyə hər an hazırıq.

Hörmətlə,

Azərbaycan Respublikası, Zərdab rayonu,
Gəlmə kəndi, Qarabağ əlilləri - Kərimov İlqar
Böyükkişi oğlu, Məmmədov Azər Fazil oğlu. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR