Gerb

21 may 2015, 14:40

Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Məscidin Xadimi

Səudiyyə Ərəbistanı Kralı