İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səuddan
Text size
21 may 2015, 14:40
Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik.
Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız
Salman bin Əbdüləziz Al Səud
İki Müqəddəs Məscidin Xadimi
Səudiyyə Ərəbistanı Kralı