22 may 2015, 15:10

Məsməxanım Ağaverdiyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Respublikamızın incəsənət xadimlərinə xüsusi diqqət göstərərək onların bir qisminin mükafatlandırılması haqqında verdiyiniz Sərəncam alqışla qarşılanmışdır. Bu Sərəncamda adımın olması mənim üçün böyük fəxrdir.

Əziz Prezidentimiz, yüksək diqqətə və qayğıya görə Sizə öz adımdan və ailəm adından sonsuz təşəkkürümü bildirirəm.

Hörmətlə,

Ağaverdiyeva Məsməxanım Aslan qızı
Əməkdar Artist

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.