Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Çin Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm.
Son illər ərzində Azərbaycanın ictimai-siyasi və iqtisadi inkişafında mühüm nailiyyətlər əldə edilib, xalqın rifahı daim yüksəlir.
Bu uğurlara Azərbaycanın səmimi dostu və etibarlı tərəfdaşı olan Çində ürəkdən sevinirik. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan dövlət quruculuğu və müstəqilliyin möhkəmləndirilməsi kimi məsuliyyətli işdə daim yeni-yeni uğurlar əldə edəcəkdir.
Hazırda Çin ilə Azərbaycan arasında qarşılıqlı siyasi inam daim dərinləşir, xalqlarımızın rifahı naminə bütün sahələrdə işgüzar əməkdaşlığımız genişlənir və məhsuldar nailiyyətlər əldə olunur. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük önəm verirəm və bu münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün Sizinlə birgə çalışmağa hazıram.
Azərbaycana qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Si Cinpin
Çin Xalq Respublikasının Sədri