İlham Əliyev Misirin Cənubi Sinay əyalətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

27 may 2015, 18:00
İlham Əliyev Misirin Cənubi Sinay əyalətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xaled Foudanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı qubernator Xaled Foudanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və ölkəmizlə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağına əminliyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında həm ikitərəfli, həm çoxtərəfli və eləcə də regionlararası əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə qaldırılmasının önəmini vurğuladı və bu əlaqələrin inkişaf etdirilməsinin daim diqqət mərkəzində saxlanılmasının zəruriliyini bildirdi. Xalqlarımızın bir-birinə böyük rəğbət bəslədiyini deyən dövlətimizin başçısı əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da səfərin əhəmiyyətini qeyd etdi.

Cənubi Sinay əyalətinin qubernatoru Xaled Fouda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. Xaled Fouda Azərbaycana ilk dəfə səfər etməsinə baxmayaraq, artıq ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Misirli qonaq Azərbaycanın regionda aparıcı ölkə olduğunu qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun genişləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğuladı. Birinci Avropa Oyunlarının ilk dəfə olaraq Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən Xaled Fouda 2017-ci ildə İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərarın önəmini də vurğuladı.

Dövlətimizin başçısı Prezident Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Misir dövlətinin başçısına çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04