Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Ram Baran Yadava

29 may 2015, 19:40

Hörmətli cənab Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 may 2015-ci il.