AXTAR:
|
27 may 2010, 18:41
Ukraynanın Prezidenti Viktor Yanukoviçdən
Hörmətli İlham Heydər oğlu!
Milli bayramınız – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 92-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu əlamətdar gün Azərbaycan tarixinə əbədi daxil olmuş, Azərbaycan xalqının həyatında yeni dövrün təməlini qoymuş və onun milli dirçəlişə, mənəvi azadlığa, iqtisadi tərəqqiyə, mədəni yüksəlişə yönəlmiş çoxəsrlik istəklərini möhkəmlətmişdir. Dövlətlərimiz arasında dostluğun və əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək əmin olduğumu bildirmək istəyirəm ki, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan münasibətlər bundan sonra da strateji tərəfdaşlıq ruhunda inkişaf edəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. Ukraynanın Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirmək əzmini təsdiqləyərək ümid edirəm ki, dövlətlərimizin gələcək qarşılıqlı fəaliyyətinin perspektivlərini Sizinlə ən yaxın vaxtlarda müzakirə etməyə imkanım olacaqdır. Bununla əlaqədar, Sizin üçün münasib vaxtda Sizi Kiyevə səfərə dəvət edirəm. Hörmətlə, Viktor Yanukoviç Ukraynanın Prezidenti AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.