İlham Əliyev Dənizkənarı Milli Parkdakı “Sadko” limanında “Bakı-2015”in məşəlini qəbul etdi

07 iyun 2015, 20:50
İlham Əliyev Dənizkənarı Milli Parkdakı “Sadko” limanında “Bakı-2015”in məşəlini qəbul etdi

Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015”-in başlamasına sayılı günlər qalır. Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb.

Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.

Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobillə “Sadko” limanına gəldilər.

Burada şəhər ictimaiyyətinin nümayəndələri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan aldı.

Azərbaycan Prezidenti İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul etdi.

Dənizkənarı Milli Parka toplaşanlar məşəllə irəliləyən dövlətimizin başçısını “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışladılar.

Azərbaycan Prezidenti birinci Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim etdi.

Bununla da birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti başladı.

Qürurverici çoxsaylı idman yarışlarını özündə birləşdirən birinci Avropa Oyunlarının məşəlinin Bakı marşrutunun növbəti məkanı möhtəşəm Ağ Şəhər bulvarı oldu. Çoxsaylı məşəlçilərin bir-birinə ötürdükləri “Bakı-2015”-in məşəli estafet boyunca böyük coşqu ilə qarşılandı. Ağ Şəhər bulvarına səyahətini başa çatdıran məşəl yenidən paytaxtın mərkəzinə doğru irəlilədi.

Paytaxtın Neftçilər prospekti daha izdihamlı idi. “Bakı-2015”-in məşəlçisi şərəfinə layiq görülmüş xalq artisti Arif Babayev burada məşəli Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim etdi.

Süvarilərin müşayiəti, bu unudulmaz anların sevincini yaşayan çoxsaylı insanların sürəkli alqışları altında birinci xanım Mehriban Əliyeva məşəli Montröy Beynəlxalq caz festivalının qalibi, əməkdar artist, “Zirvə” dövlət mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabskiyə ötürdü.

Sonra məşəli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva daşıdı.

Sərbəst güləş üzrə Avropa çempionu, yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalçısı İqbal Hacızadədən “Bakı-2015”-in məşəlini Arzu Əliyeva qəbul etdi.

Sərbəst güləş üzrə dünya və Avropa çempionatlarının qalibi Hacı Əliyev məşəli növbəti estafetçiyə - Heydər Əliyevə təqdim etdi.

“Bakı-2015”-in məşəlini bir-birinə ötürən məşəlçilərin estafeti Dövlət Bayrağı Meydanından və “Baku Crystal Hall”dan keçərək açılış mərasiminə qədər gecələr saxlanılacaq məkana – Qız Qalasına gətirildi. Burada məşəli sonuncu estafetçi - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayevdən qəbul etdilər.

Ümumilikdə şəhər boyunca məşəl 16 kilometr məsafədə 100 məşəlçi tərəfindən daşındı.

Məşəlçilərdən biri olan Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dedi: “Məşəl səyahəti ötən altı həftə ərzində Azərbaycan ictimaiyyətinin Avropa Oyunları barədə məlumatını artırıb. Bu axşam keçirilən şənliklərdə digər bölgələrin əhalisi kimi, Bakı sakinlərinin və şəhərimizin qonaqlarının da böyük maraqla iştirak etdiyini görmək möhtəşəm duyğular yaradır. Açılış mərasimi ərəfəsində paytaxt Bakıda məşəl səyahəti insanlarda maraq hissini gücləndirir. Əminəm ki, növbəti dörd gün ərzində Bakının bütün füsunkarlığını bu mərasimlərdə bir daha əyani görəcəyik”.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04