08 iyun 2015, 15:40

İlqar Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanımızın gündən-günə çiçəklənməsinə və birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Mən gəmi kapitanıyam. Dünyanın demək olar ki, yarısına səyahət etmişəm. On beş il bundan əvvəl xarici ölkələrdə Azərbaycan deyəndə ölkəmizi çox az sayda insan tanıyırdı. İndi isə Sizin gördüyünüz böyük işlər nəticəsində Azərbaycanı bütün dünya tanıyır. Bu gün Azərbaycan o qədər gözəlləşib ki, respublikamıza gələn hər bir turist gedəndə deyir: “Kaş mən də Azərbaycanlı olaydım!”.

Mən də Azərbaycanlı olmağımla fəxr edirəm.

Hörmətlə,

Quliyev İlqar Məhərrəm oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.