Gerb

11 fevral 2011, 12:20

Əziz Prezident!

Mən televiziya vasitəsi ilə Sizin Naftalan, Gəncə şəhərlərinə səfərinizə baxdım. Sizin iradənizlə görülən işlərə çox sevinirəm. Siz Azərbaycan xalqının gözündə gündən-günə ucalırsınız. Allah Sizi daha da ucaltsın və qorusun. Siz bizə çox lazımsınız.

Mən həkim işləyirəm. Azərbaycanın dünyanın sayılıb-seçilən ölkələrindən biri olması üçün 2003-cü ildən start verdiyiniz quruculuq işlərində iştirak etmək hər bir azərbaycanlının arzusudur. Qismət olsa mən də bu böyük quruculuq işlərində iştirak edərəm. Bu mənim üçün böyük fəxr olar.

Mən Sizinlə fəxr edirəm, cənab Prezident.

Allah Sizi qorusun. Allah köməyiniz olsun.

Hörmətlə,
Hüseynov Cavanşir Əlisa oğlu.


Azərbaycan Respublikası, Bakı şəhəri,
Yeni Yasamal, Bünyadzadə küçəsi-1, mənzil 55.