16 iyun 2015, 18:00

Bilal Əliyev və başqalarından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Xalqımızın rifahının yüksəldilməsi naminəyorulmadan gördüyünüz işlərə, həyata keçirdiyiniz islahatlara, irimiqyaslı beynəlxalq layihələrdəölkəmizin iştirakını təmin etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. 

Sizin rəhbərliyinizlə Azərbaycan daim inkişaf edir, milli birliyimiz, iqtisadiyyatımız və ordumuz gündən-günə güclənir. Azərbaycanı dünyaya tanıtdığınız vəbeynəlxalq arenada böyük söz sahibi olan bir dövlətəçevirdiyiniz üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. İlk Avropa Oyunlarını yüksək səviyyədəkeçirən respublikamız, həmçinin inkişaf etmiş turizm ölkəsinə çevrildiyini göstərdi. 

Möhtərəm Prezident, güclü Azərbaycan naminəatdığınız hər bir addım xalqımız tərəfindən dəstəklənir və alqışlanır. Bakıda keçirilən birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlar münasibətilə Sizi təbrik edirik. Ölkəmizin davamlı inkişafı naminə ali dövləti vəzifənizdə Sizə uğurlar, uzun ömür, cansağlığı arzulayırıq. 

 

Hörmətlə, 

Qalınçaq, Diyallı, Kürdmaşı, Sumağallı, Müdri, Yuxarı Cülyan, Gəraybəyli kəndlərinin

ağsaqqalları, ziyalıları və ictimaiyyəti adından 

Bilal Əliyev – Böyük Vətən müharibəsi veteranı,

Hikmət Əhmədov – veteran idmançı

Tünzalə İsmayılova,

Ata Rasulov,

Zenfira Bağıyeva,

Rüstəm Babayev və başqaları 

Azərbaycan Respublikası, İsmayıllı rayonu.