F.F.Məmmədovun «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

30 iyun 2015, 18:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə Fikrət Fərrux oğlu Məmmədov «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2015-ci il.