Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan
Text size
27 may 2010, 18:45
Hörmətli Prezident,
Azərbaycan Respublikasının milli bayram sevincinə mənim və Əlcəzair xalqının şərik olmasından və səmimi təbriklərimlə birlikdə dost Azərbaycan xalqına rifah və daimi firavanlıq arzularımı yetirməkdən məmnunluq duyuram.
Ölkənizin tarixində əhəmiyyətli bir yer tutan bu günün anılması mənə imkan yaradır ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin Sizinlə birlikdə inkişaf etdirilməsi səylərinə uyğun olduğunu təkrar bildirim.
Hörmətlə,
Əbdüləziz Buteflika
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
