Gerb

09 iyul 2015, 12:15

Hörmətli cənab Prezident!

Bu günlərdə böyük qürur və fəxarət hissləri keçiririk. İlkləri həyata keçirmək böyük cəsarət, güc, inam tələb edir. Biz birinci Avropa Oyunları kimi möhtəşəm idman tədbirinə çox yüksək səviyyədə ev sahibliyi etməyə nail olduq. Azərbaycan bu hadisə ilə daha bir parlaq tarix yazdı. Onun gücünü, qüdrətini görmək istəməyənlərə nəyə qadir olduğunu sübut etdi.

Biz bütün bunlara Sizin əzminiz, möhkəm iradəniz, böyük zəhmətiniz, yuxusuz gecələriniz hesabına nail olduq. Odlar yurdu Azərbaycanın ürəyindən alovlandırılan birinci Avropa Oyunları məşəli dünyamızı nura boyadı. Bütün bu gözəllikləri və möhtəşəmliyi bizlərə - Azərbaycan xalqına yaşatdığınız üçün Sizə minnətdarıq, cənab Prezident!

Siz Azərbaycanın uğuruna sevinən  hər bir tərəqqipərvər azərbaycanlının "Mənim Prezidentim" kimi qəbul etdiyi böyük siyasətçisiniz. Daha böyük zəfərlərə, daha uca zirvələrə!   

Dərin hörmət və ehtiramla,

Kərimli İlahə Şahin qızı, magistr.

Azərbaycan Respublikası, Gəncə şəhəri. ​