Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Almazbek Atambayevə
Text size
09 iyul 2015, 22:40
Hörmətli Almazbek Şarşenoviç,
Böyük qardaşınız Kalıybek Şarşenovun qəflətən vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Bu ağır itki ilə əlaqədar Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 iyul 2015-ci il.