Kəlam Abdullayev və başqalarından, Tərtər, Azərbaycan
10 iyul 2015, 16:30
Möhtərəm cənab Prezident!
Cəbhə bölgəsində düşmənlə üzbəüz yaşayıb-işləyən tərtərlilər ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı kimi Sizin gördüyünüz işləri ürəkdən bəyənir, yürütdüyünüz daxili və xarici siyasəti dəstəkləyirlər. Tərtər rayonu Qarabağ uğrunda gedən döyüşlərdə 320-dən çox şəhid verib, rayonda 300-dən artıq müharibə əlili var. Ancaq canımız, qanımız olan torpağımızın bir qarışını belə düşmənə verməmişik.
Sizin diqqətiniz sayəsində rayonumuz gündən-günə inkişaf edir, gözəlləşir. Təkcə şəhid ailələri və müharibə əlilləri deyil, rayonumuzun bütün sakinləri göstərdiyiniz qayğını gündəlik həyatlarında hiss edir, ətrafınızda sıx birləşirlər. Bu günlərdə ailələrimizin mənzillə təmin edilməsi bizi xüsusilə sevindirdi. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Abdullayev Kəlam
Cəfərova Rahibə
Hüseynov Vidadi
Qəhərmanov Nurəddin
Süleymanov Məzahir.
Azərbaycan Respublikası, Tərtər rayonu .