10 iyul 2015, 17:30

İlqar İlyaszadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizi dünya miqyasında tanıtdırdığınıza, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə əldə etdiyiniz böyük uğurlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edir və gördüyünüz işləri bəyənirik. Həqiqətən də Siz Azərbaycanın sürətli inkişafı, xalqın rifahının yüksəldilməsi üçün misilsiz işlər görürsünüz. Buna cavab olaraq biz daim Sizi dəstəkləyir, rəhbərliyiniz altında həyata keçirilən quruculuq işlərində yaxından iştirak etməyə çalışırıq. 

Hörmətlə, 

İlyaszadə İlqar, dövlət qulluqçusu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.