|
14 fevral 2011, 18:40
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onlar tərəfindən qulluq vəzifələrinin icrasına nəzarəti artırmaq məqsədi ilə qərara alıram: 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunsun. 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 2.1. yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. inzibati xəta törətmiş şəxsin sürücülük vəsiqəsinin götürülməsi ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarına uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”nı bu Fərmana uyğunlaşdırsın; 2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki: 3.1. yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta törətmiş şəxslərdən sürücülük vəsiqələrinin yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda götürülməsini təmin etsin;
3.2. yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmət edən əməkdaşlar tərəfindən qulluq vəzifələrinin icrası və inzibati xətalara baxılması zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına nəzarəti gücləndirsin. 14 fevral 2011, 19:00
N.İ.Rzayevin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
more...
14 fevral 2011, 18:35
2011-ci il yanvarın 31-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin fəaliyyətinə maddi-texniki yardım göstərilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.