Sədrəddin Muradovdan, Naftalan, Azərbaycan
11 iyul 2015, 13:00
Möhtərəm cənab Prezident!
Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi və həmin beynəlxalq idman yarışında idmançılarımızın qazandıqlar uğurlara görə çox sevindik. Azərbaycanın bu yarışları yüksək səviyyədə təşkil etdiyi hər kəs tərəfindən vurğulandı. Mən bir azərbaycanlı olaraq fəxr edirəm ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Məhz buna görə də Avropa qitəsini əhatə edən ilk idman yarışı da Bakıda, özü də yüksək səviyyədə keçirildi. Qızıl medallar qazanmağımız, bayrağımızın ən yüksəkdə dalğalanması və himnimizin səsləndirilməsi isə bizim üçün ikiqat sevinc oldu. Bu sevinci sözlə ifadə etmək çətindir.
Cənab Prezident, qeyd etmək istəyirəm ki, qazandığımız bütün bu uğurlar Sizin idman sahəsinə göstərdiyiniz böyük diqqətin nəticəsidir. Cənab Prezident, Sizi, Mehriban xanımı və bütün Azərbaycan xalqını bu möhtəşəm uğur münasibətilə təbrik edir, Vətənimizə yeni-yeni qələbələr arzu edirəm.
Hörmətlə,
Muradov Sədrəddin Murad oğlu,
müəllim
Azərbaycan Respublikası, Naftalan şəhəri