11 iyul 2015, 13:10

Ofeliya Muxtarovadan, Samux, Azərbaycan

Hörmətli cənab Prezident!

Birinci Avropa Oyunları sona çatdı. Komandamız 56 medal qazanmaqla, 50 ölkə arasında ikinci yeri tutdu və Azərbaycanın idman tarixinə yeni parlaq səhifə yazdı. Avropaya nəyə qadir olduğumuzu göstərdik, özümüzü tanıtdıq. Bir sözlə, çətin imtahandan qalib, üzüağ çıxdıq. 

Bu işə böyük vaxt və əmək sərf etdiyinizə görə Sizə və ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya müəllim kollektivimiz adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. 

Ulu Tanrı Sizləri qorusun. 

Hörmətlə, 

Ofeliya Muxtarova,

Kəlbəcər rayon 88 saylı tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Samux rayonu, Türklər qəsəbəsi