13 iyul 2015, 12:30

Bahadur Tağıyevdən, Bakı, Azərbaycan

Çox hörmətli Prezident cənab İlham Əliyev!

Sizi "Bakı-2015" ilk Avropa Oyunlarının uğurla keçirilməsi, bu Oyunlarda idmançılarımızın böyük qələbəsi münasibətilə ürəkdən təbrik edir, Azərbaycan xalqını sevindirən böyük dövlət işlərinin həyata keçirilməsində Sizin qətiyyətli, ardıcıl, prinsipial addımlarınız hamımızı sevindirir. 

Çox hörmətli Prezidentimiz!

Oyunların gedişində fəal mövqeyinizi, qaliblərə medalların təqdim edilməsində iştirakınız və digər səmərəli addımlarınız ictimaiyyət arasında xoş əhval-ruhiyyənin və coşğunluğun yaranmasına səbəb olmuşdur. 

Möhtərəm Prezidentimiz, Azərbaycan Respublikasında Sizin rəhbərliyinizlə aparılan sürətli siyasi, sosial islahatlar, demokratik təsisatların yaradılması dünyanın, xüsusən Avropa qurumlarının və dövlətlərinin diqqət mərkəzindədir. Qürur hissi ilə söyləmək istəyirəm ki, Siz çox haqlı olaraq qeyd edirsiniz: "Son 10 ildə Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş mühüm uğurlar, yürütdüyümüz müstəqil fəal siyasət beynəlxalq arenada ölkəmizin nüfuzunu daha da yüksəltmişdir". 

Hadisələrin inkişafı göstərir ki, ulu öndər Heydər Əliyevin quruculuq siyasətini Siz özünüzə məxsus dəst-xətlə inkişaf etdirirsiniz.

Böyük hörmətlə,

Tağıyev  Bahadur Hüseyn oğlu,

AMEA-nın həqiqi üzvü    

Azərbaycan Respublikası, Bakı şəhəri