Gerb

15 fevral 2011, 18:30

Hörmətli xanım Prezident, 

Milli bayramınız – Litva dövlətinin bərpası günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. 

Azərbaycan ilə Litva arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün dinamik inkişaf yolundadır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına sülh və rifah diləyirəm. 

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 fevral 2011-ci il.