Qəhrəman Qasımovdan, Quba, Azərbaycan
22 iyul 2015, 14:00
Hörmətli cənab Prezident!
Uzun illər - 32 il çalışdığım "Şəfəq" qəzeti 94 illik tarixi yol keçib. Qəzet dövlətçiliyimizin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin və xalqlar dostluğunun qorunub saxlanılması üçün həmişə məqsədyönlü iş aparıb. Yaxşı işimiz ümummilli lider Heydər Əliyevin diqqətindən də yayınmamış, dahi şəxsiyyət qəzetin 75 illik yubileyində kollektivimizə təbrik məktubu ünvanlamışdı.
Əziz Prezidentimiz, kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi barədə imzaladığınız Sərəncamla mən də "Əməkdar Jurnalist" fəxri adı ilə təltif olunmuşam. Əməyimə yüksək qiymət verdiyiniz üçün kollektivimiz adından, ailə üzvlərim adından Sizə minnətdarlığımı bildirir, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Hörmətlə,
Qasımov Qəhrəman,
Quba rayonunda çıxan "Şəfəq" qəzetinin baş redaktoru.
Azərbaycan Respublikası, Quba rayonu.