22 iyul 2015, 15:00

Şamil Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Birinci Avropa Oyunları kimi möhtəşəm idman tədbirinin uğurla başa çatması bir daha sübut etdi ki, Siz Azərbaycanın lideri olaraq bütün azərbaycanlıları ətrafınızda birləşdirməyi bacarmısınız. Ulu Öndərimizin bizə miras qoyduğu müasir müstəqil Azərbaycanımızın uğurlu gələcəyinə inamı daha da möhkəmləndirdiniz. Azərbaycanlıların öz maddi-mədəni irsini qorumaqla yanaşı, digər xalqların da mədəniyyətinə hörmətlə yanaşmağı bacaran, sülhsevər xalq olduğunu göstərdiniz.

Oyunların uğurla keçirilməsi üzrə işin böyük bir hissəsini "Bakı-2015" birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva öz üzərinə götürdü. Birinci xanım minlərlə insanın, yüzlərlə qurumun işini təşkil edərək bu şərəfli və çətin işi qüsursuz həyata keçirdi, bu unudulmaz səhifəni Sizinlə bərabər tarixə həkk etdi.

Möhtərəm Prezident, bir daha Sizi, Mehriban xanımı və bütün xalqımızı bu möhtəşəm uğur münasibətilə təbrik edir, Vətənimizə yeni qələbələr arzu edirəm.

Hörmətlə,

Əliyev Şamil, kinorejissor,

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri.