Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10 avqust 2015, 18:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 513-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in yerinə yetirilməsinə yardım etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

İltimas Məmmədov    - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Sahib Məmmədov        - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov         - Azərbaycan Respublikası energetika nazirinin müavini

Ragim Lətifov     - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Seyfəddin Talıbov     - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Firdovsi Əliyev     - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Arif Əsgərov             - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Firudin Qurbanov         - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nazim Səmədov     - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

İbrahim Quliyev         - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Rəmzi Teymurov     - Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Xəzər Fərhadov     - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2015-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10