07 sentyabr 2015, 13:20

Ərşad Mirzəyev və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin 2015-ci il 25 avqust tarixli Sərəncamınızla Ağcabədi rayonunun Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə əlavə vəsaitin ayrılması bizə göstərdiyiniz qayğının əyani təzahürüdür.

Minəxorlu kəndinin camaatı rayon mərkəzinə getmək üçün Qarqar çayının üzərindən keçir. Yaz aylarında çayın suyu artdığından oradan keçmək mümkün olmur. Çay üzərində yeni körpünün tikiləcə barədə xəbər kənd sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılandı.  

Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqətə və qayğıya görə Minəxorlu kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Mirzəyev Ərşad Böyükkişi oğlu

Mənsimov Ədalət Əşrəf oğlu

Fərzəliyev Elşən Çərkəz oğlu

Məlikov Amil Əkbər oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Minəxorlu kəndi.