Gerb

07 sentyabr 2015, 14:20

Möhtərəm cənab Prezident!

Ölkəmizin regionlarının inkişafına göstərdiyiniz davamlı qayğının nəticəsidir ki, respublikamızın bütün bölgələri kimi Samux rayonu da gündən-günə inkişaf  edir, gözəlləşir. Rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə imzaladığınız sərəncamlar da məhz bu amala xidmət edir. Gündəlik həyatımızda müşahidə etdiklərimizdən bir daha əmin oluruq ki, Siz hər bir azərbaycanlının Prezidentisiniz və bizi narahat edən problemlər vaxtında aradan qaldırılır.

Əkin sahələrinin suvarma suyu ilə təminatı barədə tapşırıqlarınız da uğurla icra olunur. Şəmkirçay su anbarının istifadəyə verilməsi məşğuliyyətinin əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən rayon sakinlərinin ikiqat sevincinə səbəb oldu. Su anbarının işə düşməsi uzun illər suvarma suyu ilə bağlı çətinliklərimizi tam olaraq aradan qaldırdı. Bu isə biz əmək adamlarına daha çox kənd təsərrüfatı məhsulları becərməyə imkan verir.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqətə və qayğıya görə rayon sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Bayramov Tariyel Bilal oğlu.

 Azərbaycan Respublikası, Samux rayonu, Qarayeri qəsəbəsi.