08 sentyabr 2015, 12:15

Səyavuş Rəhimov və başqalarından, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin respublikamızda aqrar sahənin inkişafında xidmətləriniz misilsizdir. "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" 2015-ci il avqustun 19-da imzaladığınız Sərəncam bir fermer ailələri olaraq bizə böyük sevinc bəxş etdi. Bu, gələcəkdə ərzaq bolluğunun təmin edilməsi deməkdir.

Möhtərəm Prezident, bu sahəyə göstərdiyiniz dəstəyə və köməyə görə ailə üzvlərimiz adından Sizə dərin minnətdarlığımızı bildirir, "çox sağ olun" deyirik.

Hörmətlə,

Rəhimov Səyavuş Qiyas oğlu - Üçtəpə kəndi

Abdullayev Nazim Qədir oğlu - Nadel kəndi

Ələkbərov Abil İdris oğlu – Pənahlılar kəndi.

Azərbaycan Respublikası, Göygöl rayonu.