10 sentyabr 2015, 15:55

Firdovsi Heydərlidən, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəyə rəhbərlik etdiyiniz gündən cəmiyyət həyatının elə bir sahəsi qalmayıb ki, Siz oraya diqqət yetirməyəsiniz, vətəndaşların sosial müdafiəsini düşünməyəsiniz, aztəminatlı ailənin yanında olmayasınız.

Bu ilin əvvəlindən dünyanı bürüyən maliyyə böhranından ölkəmizin itkisiz çıxması, vətəndaşların inflyasiya bataqlığına düşməməsi üçün ən zəruri addımlar atdınız. Hazırda dünya iqtisadiyyatında baş verən növbəti böhrandan xalqımızın qorunması və gələn ilin dövlət büdcəsinin hazırlanması məsələsinə həsr olunan müşavirədəki çıxışınızı diqqətlə dinlədim. Fəxr etdim ki, bizim belə səriştəli və cəsarətli Prezidentimiz, dünya liderlərinə nümunə olacaq rəhbərimiz var. 

Möhtərəm Prezident, biz yaxşı bilirik ki, Azərbaycanın maliyyə vəziyyəti sabitdir, kifayət qədər valyuta ehtiyatımız var. Sizin apardığınız düşünülmüş siyasət nəticəsində ölkəmizin uğurlu inkişafı ildən-ilə sürətlənir. Ağstafa sakinləri Sizin rayonumuza göstərdiyiniz daimi diqqət və qayğını həmişə sonsuz minnətdarlıq hissi ilə xatırlayırlar.

Hörmətlə,

Heydərli Firdovsi Mədəd oğlu,

Ağstafa rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Yenigün kəndi.