11 sentyabr 2015, 11:55

Seymur Cəlilovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Əlillərə göstərdiyiniz qayğıya, onların müalicəsi və reabilitasiyası üçün yaratdığınız şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

İtirilmiş ayağımın protezlə əvəz olunması məqsədilə Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət etmişdim. Qısa bir zamanda çox rahat protezlə və reabilitasiya vasitələri ilə təmin olundum. Müalicə olunduğum dövrdə ünsiyyət qurduğum digər əlillər də göstərilən diqqət və qayğıdan çox razı qaldıqlarını söyləyirdilər.

Əziz Prezidentimiz, bir daha Sizə dərin təşəkkürümü bildirir, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Cəlilov Seymur Təşkilat oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.