15 sentyabr 2015, 12:30

Almaz Abbaslıdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu yeni tədris ilində sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə məhz Siz bəxş etmişiniz. Məktəbimiz tikildiyi gündən əsaslı təmir olunmamışdı. Soyuq havalarda burada dərs keçmək həm müəllimlər, həm də biz şagirdlər üçün çətin idi. Sizin göstərişinizlə məktəbimiz yüksək səviyyədə təmir edilib.

Möhtərəm Prezident, məktəbimizin şagirdləri adından Sizə "Çox sağ olun" deyir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz də öz növbəmizdə söz veririk ki, Azərbaycanımızın adını yüksəklərə qaldırmaq üçün səylə çalışacağıq.

Hörmətlə,

Abbaslı Almaz Ramil qızı.

Azərbaycan Respublikası, Şirvan rayonu, Bayramlı qəsəbəsi.