15 sentyabr 2015, 13:40

Fidan Baxışovadan, Şirvan, Azərbaycan

Möhtərəm Prezident!

Yeni dərs ili bizim üçün xoş sürprizlə başladı. Məktəbimizin müasir üslubda yüksək səviyyədə təmir edilməsi bizə gözəl təəssüratlar bəxş etdi. Bizim üçün belə gözəl, müasir avadanlıqlarla təchiz edilmiş məktəbdə dərs keçmək imkanı yaratdığınız  üçün Sizə  minnətdaram. Nəhayət ki, mən də ən böyük arzularımdan birinə  çatdım. Sanki nağıllar dünyasına düşmüşəm. İşıqlı otaqlar, gül-çiçəkli foye, təzə partalar... Belə məktəbdə yüksək səviyyədə təhsil almaq bizim borcumuzdur. Sizi əmin edirik ki, üzərimizə düşən bu vəzifənin öhdəsindən layiqincə gələcəyik.

Hörmətlə,

Baxışova Fidan Qulam qızı, 7-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Şirvan şəhəri, Bayramlı qəsəbəsi.