Afət Rzayevadan, Şirvan, Azərbaycan
Text size
15 sentyabr 2015, 15:00
Hörmətli cənab Prezident!
Şirvan şəhər 13 nömrəli tam orta məktəbin şagirdlərinin və müəllimlərinin sevincinin həddi-hüdudu yoxdur. Şükürlər olsun ki, Sizin diqqət və qayğınız sayəsində məktəbimiz əsaslı şəkildə təmir olundu. Sizin əvəzsiz qayğınıza cavab olaraq söz verirəm ki, yüksək bilik əldə edəcək, Azərbaycanımıza layiqli vətəndaş olacağam.
Əziz Prezidentimiz, şəxsən öz adımdan və valideynlərim adından Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Rzayeva Afət Rafət qızı, 9-cu sinif şagirdi.
Azərbaycan Respublikası, Şirvan şəhəri, Bayramlı qəsəbəsi.